"Başına
daş düşsün!", "Daş başına!" və dilimizin digər bir
neçə oxşar ifadə-qargışları idiomadırlar. Tələffüzdən
asılı olaraq, yüngül qınaqdan qəzəbli qargışa kimi
geniş spektrli məna daşıyır və heç vaxt sözün hərfi
mənasından anlaşılmırlar. Baxmayaraq ki, baş ali, həssas
bədən üzvü kimi xəsarət və zərbəyə daha "layiqdir",
göstərilən hadisələr reallıqdan uzaqdırlar. Heç vaxt
heç kimin başına daş düşməz, özü də kiminsə arzusuyla.
Bu qargışlar hərfi mənada sibirlilər üçün "Səni ilan
çalsın!" qargışı kimi absurddur. Bəs onda biz niyə belə
deyirik? Bəlkə göydən daş düşə bilər?
Düzünü desək göydən daş düşür və bu daşları biz
indi hər yerdə oldugu kimi "meteoritlər" adlandırırıq.
İnsanlar çox qədim zamanlardan bu hadisəylə tanışdırlar.
Ancaq bu astronomik hadisənin - "daş yagışının" intensivliyi
o qədər kiçikdir ki, yəqin indiyəcən dünyada heç kimin,
o cümlədən bizim əcdadlarımızın da başına meteorit düşməyib. Bu
səbəbdən, yəqin heç bir dildə belə qargış işlənilmir.
Heç ildırım kimi qorxulu və dəhşətli təbiət hadisəsi də
bu mənada əcdadlarşmızdan yarınmayıb, baxmayaraq, neçə-neçə
dünya xalqları ondan təsirli cəza silahı kimi "istifadə"
edirlər: "Yalan deyirəmsə, burdaca məni ildırım vursun!"
və s..
Göstərilən ifadənin hərfi mənasını inkar edən
digər arqumentlər də gətirmək olar.
"Daş başına!" By idioma dilimizdə nə vaxt və necə meydana
gəlmişdir, daha dogrusu, meydana gələ bilərdi və ilkin mənası
necəydi?
Ölkə apxeoloji obyektlərinin klassifikasiyasına əsasən
bir qrup qədim Mingəçevir qəbristanlıqları basdırılanların
kəllələrinə əl boyda daş qoyulmasıyla xarakterizə edilir.
Deyilənlərə görə belə qədim məzarlara Muganın cənubunda
da rast gəlinir. Ölülərin kəlləsinə söykənilən bu
bir əlcə daşlar, deyəsən, xüsusi işlənilmiş və ya
seçilmiş daşlardır.
Belə dəfn qaydası dildə, xüsusən də onun qargış kimi
janrında iz qoymaya bilməzdi. Qargışlar, agılar şinonim
və obrazlı ifadələrlə - idiomalarla daha zəngindirlər.
Odur ki, "ölüm"ün sinonimləri "boyny yerə soxum", "qəbirə
uzadım" və sairə idiomalarına "Daş başına!" da əlavə
olunmuşdu.
Sonralar xristian, islam dəfn qaydaları qəbirə hər hansı
əşya və predmətlərin, o cümlədən də bu "baş daşı"ların
qoyulmasını tərgitdikdən sonra, illər ötdükcə bu qargışın
dəfn kultu mənası unudulmuş, o, xırda ugursuzluqdan ağır
bədbəxtliyə kimi geniş spektrə malik bir qargışa çevrilmişdi.
Əlbəttə, burada "baş"la "daş"ın həmqafiyəliyi də az rol
oynamamışdır.
Bəlkə də, tamamilə fərqli səpki və mənaya malik "daşbaş"
(qənimət) sözü də buradan qaynaqlananandır. Qədim zamanlarda
(təkcəmi?) qənimət əldə etməyin yolu, əsasən, kimisə "daşbaş"-
odünyalıq etməkdən keçirdi...
Mülahizələrimizi əsaslandırmaq üçün elmi mənbələrə
müraciət edək. Məşhur etnoqraf və din tarixçisi C.C.Frezer
"Əhdi-ətiqdə folklor" əsərində qədim zamanlarda dünyanın
hər yerində yayılmış, müəyyən elementləri bu günlərədək
gəlib çıxmış daşa səcdənin mənasını açıqlayır: təbiətdə
ən çox yayılmış, əbədi cisimlərindən biri olan daşlar
allahlar və ruhlar üçün ev-mənzil funksiyasını həyata
keçirir, insanlarla allahlar arasında bağlanan əhd-peymanlara,
nəzirlərə, qurbanlara şahidlik edir və s..
Daş-qayayla bağlı inanclar türk xalqlarının mifolojisində
də geniş yayılmışdır. Məsələn, qırğız eposu qəhramanı
Maday Qara ovcunda daş anadan olmuşdu ki, bu da onun dağ kimi
güclü olacağından, dağ oğlu olmağından xəbər verirdi .
Müəyyən ölçü və formaya malik daşlar qədim əcdadlarımız
tərəfindən bir talisman kimi də istifadə oluna bilərdi.
Necə ki, Avstraliya aborigenləri bu günədək daim özləriylə
totemlərinin onlara "bağışladığı" amulet - çurinqa gəzdirirlər.
Belə talismanlar o biri dünyada da onların karına gələ bilərdi.
Amma, bu əl boyda daşların kəlləyə söykək qoyulması daha
çox onların ruh evi təyinatına dəlalət edir. Vəfat edənlərin
canları (ruhları) çıxırkən (bədəni tərk edirkən) "can
daşlarına" keçməli və yerüstü aləmdən ayağini birdəfəlik
kəsməliydi.
Torpaq altında uzanan qədim "başı daşlılar"la qohumluğumuza
şahidlik edən dilimizin "daş başına" qarğışı bir daha
azərbaycan türkcəsinin avtoxtonluğunu təsdiqləyir.
Abasəli Rüstəmov
astro@aznet.org