2007-ci ildə Çin təzə ili
10.02.2007
Çin təqvimi
Ay-Günəş təqvimidir və Çində yeni il Ay təzələnməsi-ictima
ilə başlayır. Onun başlanğıcı 20 yanvar və 20 fevral arasına
düşür. Bu il Çin Yeni İli fevralın 17-dən 18-nə keçən
gecəyə düşür. Beləliklə 18 fevral - yeni ilin ilk günüdür,
əlbəttə ki, şərq təqvimilə.
Planetlərin paradıdır
26.03.2004 19:57
Martın sonlarında və aprelin əvvəllərində göydə planetlərin
paradı müşahidə olunacaqdır: eyni vaxtda yalın gözlə müşahidə
oluna bilən bütün beş planeti – Merkurini, Veneranı, Marsı,
Yupiter və Saturnu , bir də onların arasyla yerini dəyişən
Ayı görmək olacaq.
Ağ yolun mərkəzindən yeniliklər 
23.03.2004
Ağ yolun mərkəz hissələrindən Sgr-A* (Sgr – Sagittarius-Oxatan)
adlanan şüalanma mənbəyindəki ifrat kütləli qara dəliyin
xassələrinə dair bir-birindən maraqlı məlumatlar alınır.
Ağ yolun mərkəzi bizdən 8 kiloparsek məsafədə Oxatan bürcündədir
və qalaktikamızın diskinin qalın toz buludlarıyla bizdən
örtülüb.Onu infraqırmızı, radio dipazonlarında yer səthindən,
qamma və rentqendə kosmosdan müşahidə etmək olar. Burada
müşahidə olunan ulduzların hərəkət orbitləri mərkəzdə
kütləsi 4 milyon Günəş kütləsinə bərabər qara dəliyin
olmasını açıq-aydın sübut edir. Multfilm kimi burada baxa bilərsiniz:
Yeni planet Sedna 
21.03.2004.
Amerika müşahidəçiləri Braun, Truxilyo və Rabinoviç 48
dyümlik Şmidt teleskopu ilə axtararaq Neptundan sonra yerləşən
2003 VB12 obyektini tapıblar. Diametri 2000 km-ə yaxın olan
by obyekt traektoriyasına görə planetdir. Onu sonradan eskimosların
dəniz ilahəsi şərəfinə Sedna adlandırıblar.
Novruz gəlir...
15.03.2004
Martın 20-də yerli vaxtla saat 10.49-da Günəş Balıq bürcündə
yerləşən yaz bərabərliyi nöqtəsindən keçəcək. Başqa
sozlə, Günəş göyün cənub yarımkürəsindən şimal yarımkürəsinə
keçəcək. Yaz fəsli başlayacaqdır.
Marsda suyun olmasni sübut edən faktlar
tapıldı
3.03.2004
Marsdagəzər Opportyuniti Meridian yaylasının (onun düşdüyü
yer)
əvvəllər yaş olduğunu müəyyənləşdirdi .
Qara dəlik ulduzu dağıtdı: birbaşa
müşahidələr
19.02.2004
RX J1242-1119A qalaktikasının mərkəzindəki ifrat kütləli
qara dəliyin ətrafında güclü rentqen alışması baş verdi.
Qalaktikanın alışmadan əvvəlki və sonrakı şəkillərini
müqayisə edən astronomlar mərkəzə yaxın ulduzlardan birinin
yoxa çıxdığını müəyyənləşdirdilər. Bu isə o deməkdir
ki, RX J1242-1119A qalaktikasının mərkəzindəki ifrat kütləli
qara dəlik çox yaxından kecən ulduzu qabarma qüvvəsilə
dağıdıb. Dağılan maddənin əsas hissəsi qara dəlik tərəfindən
tutulub və nəticədə parlaq rentqen alışması baş verib.
“Biql-2”
rəsmən sıradan çıxmış hesab olunur
12.02.2004
Bu gün Avropa Kosmik Agentliyi “Biql-2” aparatının enmə
modulunun sıradan çıxdığnı rəsmən elan etdi.
İkinci Marsdagəzər Opportyuniti Marsda
26.01. 2004
Opportyuniti müvəffəqiyyətlə Marsa oturdu. Kosmik aparat
normal vəziyyətinə aid məlumatları, ətrafındakı Mars mənzərələrini
Yerə verdi. Opportyuniti düşdüyü yer daha çox sönmüş
vulkanın kraterinə bənzəyir. Marsdagəzər 10 gündən sonra
hərəkətə başlayacaq…
Marsdagəzər
Spiritlə əlaqə kəsildi
23.01.2004.
21 yanvarda son şəkillərini Yerə verən Marsdagəzər Spiritlə
22 yanvarda rabitə yaratmaq mümkün olmadı. NASA mühəndisləri
vəziyyəti ciddi hesab edirlər və rabitənin bərpa olunacağına
ümid edirlər.
Cin
yeni ili
21.01.2004
22 yanvar 2004-cü il tarixdə Şərq təqviminə
əsasən Cində yeni il - Meymun ili daxil oldu.
Marsdagəzər Spirit Marsda öz ilk gəzintisinə başladı
15.01.2004. 18.50
10 gün əvvəl planetə enən Marsdagəzər Spirit Marsın səthində
ilk səfərə başladı.CNN-in uçuşları idarəetmə mərkəzindən
verdiyi xəbərə görə, Marsdagəzən əvvəl dayandığı boş
platformanın ilk şəkillərini göndərdi.
Ay - 2015
15.01.2004.
14 yanvar 2004-cü il tarixdə ABŞ prezidenti Corc Buş yeni
amerika kosmik proqramını bəyan etdi. Proqramda yeni kosmik
gəmilərdən, Aya uçuşdan, təbii peykdə daimi fəaliyyət
göstərəcək bazadan, Marsa astronavt göndərilməsindən və
hətta Günəş sistemindən kənarlara da kosmikaparatlar göndərilməsindən
danışılır.
A.Rüstəmov, astronom