INTERNETDƏ ASTRONOMIYA RESURSLARI
Astronomiya digər elm sahələrindən fərqli olaraq hamını
maraqlandırır. Elə bu səbəbdən də Şəbəkədə onun saytları
saysız -hesabsızdır. Bu informasiya dənizində azmamaqdan
ötəri bir neçə əsas saytların adreslərini bilmək vacibdir.
Hansılardır bunlar ?
Rusdilli saytlardan astronet.ru geniş əhatəlidir. Siz
burada astronomik yeniliklərlə, astronomiya ədəbiyyatı
yeniliklərilə tanış ola, astronomiyanın bütün sahələri üzrə
elmi məlumatlar ala bilirsiniz. Burada gündən-günə
zənginləşən onlayn jurnalında maraglı elmi məgalələr dərc
olunur.
Internetdə ingils dilli resurslar əsas yer tutur
və çoxminli saytlar arasında ən çox üz tutulan saytlardan
biri PlanetWatch-dır (1996-cı ildən
işləyir, havayı variantı var) . Bu saytda cari və yaxud
istənilən tarix üçün planetlərin, Ayın və Günəşin səma ulduz
xəritəsində vəziyyətini görə bilərsiniz. Düzgün istifadə
etmək üçün "Set time toolbar"ıyla öz saat zolağınıza
keçməlisiniz - şəhərlərin siyahısında uyğun gələni seçməklə.
Azərbaycanın saat zolağı +04:00-Abu Dabi, Muskat, Tbilisi,
Kazandır. Xəritədə istədiyiniz obyektin üzərində düyməni
basmaqla ona aid bütün elmi informasiya ilə tanış ola
bilərsiniz. Xəritədə Günəşdən soldakı obyektlər axşamlar,
sağdakılar isə səhərə yaxın görünürlər.
Astronomy Picture of the Day (Günün astronomik mənzərəsi) saytı
mövzu cəhətdən daha zəngindir və oraya hər gün yeni
astronomik xəyallar əlavə olunur. Hər bir şəkilə başqa
resursların adresiləri göstərilməklə qısa izahat verilir.
Astronomiya və kosmonavtikaya aid ən yeni məlumatları
isə Space
News - də, kiçicik məqalələr formasında
tapa bilərsiniz. Headlines Archive - NASA-dandır və
ən tez-tez təzələnən resursdur. Burada, demək olar ki, hər
gün astronomiya yeniliklərinə aid məqalələr dərc olunur və
bir neçə ilin yeniliklərinin arxivləri saxlanılır.
Əgər
sizi kosmik obyektlərin və kataklizmlərin 2.4 metrlik Habbl
kosmik teleskopu (HST) vasitəsilə alınmış xəyalları
maraqlandırırsa, onda Hubble Space Telescope
Pictures-ə baxın.
HST-nın şəkilləri bir neçə qrupa bölünür : Günəş sistemi,
Ulduzlar, Dumanlıqlar, Ulduz topaları, Yeni və İfrat Yeni
ulduzlar, Ulduzların təkamülü, Qalaktikalar, Kvazarlar və
Kosmoloqiya. Habbl şəkilləri, az miqdarda HST's Greatest Hits -də də var. Baş
çəkməyi unutmayın !
Space Weather (Kosmik Hava) resursu
kosmik proseslərin Yerə təsiri problemləri ilə maraqlananlar
üçün nəzərdə tutulub. Burada Günəş aktivliyinin hazırki
vəziyyəti, proqnozu, meteor yağışları haqda məlumatlar
verilir və məqalələr dərc olunur.
Space Environment Center-də Günəşi
cari anda teleskop vasitəsilə görə bilərsiniz. İstənilən
tarix üçün xəyalların arxivi də var.
Məşhur Sky &Telescope jurnalı əsasən
astronomiya həvəskarlarına aid nəşrdir. Burada müasir
astronomiya tədqiqatlarının, teleskop və vəsaitlərin icmalı
verilir. SSD-qurğuları və təsvirlərinə aid ayrıca rubrika da
var.
Əgər ulduzlu göyün ayrı-ayrı güşələrinin fotosunu
əldə etmək istəsəniz, burada sifariş verə
bilərsiniz ( MDB-lilər üçün havayıdır). Bu fotolar 1.22
metrlik teleskop vasitəsilə alınmış rəqəmli Palomar atlasına
daxildirlər. Ulduz xəritəsini əldə etmək üçün
maraqlandığınız obyektin adını və yaxud koordinatını daxil
etmək lazımdır.
Optik diapazondan başqa spektral
diapazonlarda göyə tamaşa etmək istəyənlər Sky View -dən istifadə edə
bilərlər. İnternetVirtual Teleskop vasitəsilə radio diapazondan
başlayaraq rentgen diapazonunadək bütün şualanma
diapazonlarında kainatı seyr edə bilirsiniz.
Astronomiya
ilə daha yaxından maraqlananlar üçün İnternetdə son illər
yeni bir servis növü də peyda olub. İstəsəniz, kifayət qədər
peşəkar teleskop vasitəsilə öz şəxsi müşahidələrinizi də
sifariş verə bilərsiniz. Buyurunuz! !
Artıq
neçə illərdir bir qrup alim böyük radioteleskoplar
vasitəsilə kosmosda şüurlu varlıqların radiosiqnallarını
axtarırlar. Puerto - Rikodakı Aresibo kraterində gurulmuş
300 metrlik amerikan radioteleskopu vasitəsilə kosmik
radiomənbələrdən külli miqdarda radiosiqnallar alınır və bu
qədər siqnalları saf-çürük etməyə heç superkompyuterin belə
təkbaşına gücü çatmaz. İstəsəniz, proyektin - SETI@Home -in təşkilatçılarına
müraciət edib işləmək üçün materiallar ala bilərsiniz. Əgər
günlərin bir günü araşdırdığınız siqnallarda şüni siqnallara
rast gəlsəniz, adınızın tarixə düşəcəyinə əmin ola
bilərsiniz.
Beynəlxalq şəbəkədə astronomiya resurslarının
ən zəngin bazası AstroWeb- dir. Astronomiyaya
aidiyyəti olan bütün saytlar, təşkilat və müəssisələr orada
qeydiyyatdan keçməyə çalışırlar. Ən qiymətli sayt isə, sözün
əsil mənasında Astronomiya və Astrofizika
Ensiklopediyasıdır. 2750 məqaləsi, 650 bioqrafiya
və 14000 mündəricə girişi var və 2000000 sözlə axtarış apara
bilir !