MATLAB®
www.mathworks.com
Astronomiya hamı üçün!
 
Elmi-tədqiqat, mühəndislik-texniki, maliyyə hesablamaları, riyaziyyat tədrisi üçü əla proqramlar paketi www.mathworks.com -da
Yeniliklər |  Planetariya   |  Astroveb  |  Müşahidə   |   Sponsor və tərəfkeşlər  

ŞƏRQ TƏQVİMİ

Çox gədim zamanlardan başlayarag insan cəmiyyətləri vaxtı ölçmək üçün təbiətdəki ''saatlardan'' - dövri (tsiklli, periodik) təbiət hadisələrindən istifadə etməyi öyrəniblər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində baş verən gecə-gündüz hadisəsi , Ayın Yer ətrafında fırlanması nəticəsində 29,53 günlük dövrlə (periodla) təkrarlanan Ay fazaları və , nəhayət, Yer kurəsinin Günəşin ətrafında fırlanması nəticəsində 365,24 günlük dövrlə təkrarlanan il mövsümləri.
Gədim Çində gün, ay, il dövrlərindən başga, uzunluğu 60 ilə bərabər olan dövrdən də istifadə etmişlər. İmperator Xuandinin (b.e. əvvəl 26-cı əsr) vaxtında ''gançji'' (''gövdə və budaglar'') prinsipinə əsaslanan dovri ilsayma sistemi tətbig olunmuşdu: hər ilə növbəylə 12 heyvandan - siçan, inək, pələng, dovşan, əjdha, ilan, at, qoyun, meymun, toyug, it, donuz və beş əsas təbii ünsürdən - od, torpaq, metal, su və ağacdan birinin adı verilirdi. Nəticədə hər 60 ildən bir təkrarlanan il dövrləri alınırdı.
Dövr daxilində illəri heyvan rəngini dəyişməklə də adlandırırdılar: 60 illik dövrün, məsələn, əjdaha illəri olan 5-ci, 17-ci, 29-cu, 41-ci və 53-cü illəri, uyğun olaraq, ağ əjdaha, gara əjdaha, göy əjdaha, qırmızı əjdaha və sarı əjdaha ili adlanılırdı.
Belə dövri təqvim Çində 1911-ci ilədək tətbiq olunurdu və Cin tarixinin il hesabı sülalənin dəyişdiyi vaxtdan başlayırdı.
60 illik dövri təqvimin istifadə olunmasinin təcrubi əsaslara da söykəndiyini də ehtimal edirlər. Belə ki, ağac həlgələrinin qalınlığının paylanmasında da 60 illik dovrilik olması üzə çıxarılıb. Bu isə təbiətdə belə dövriliyin olması deməkdir. Günəş aktivliyində 60 illik dövrilik yoxdur, amma qeofiziki indekslərdə bu dövrilik izlənilib.

   Ulduz xəritəsi
Pirgulu mənzərələri
  * * * * * * * *
    Mətbyat materialları