International Year of Astronomy (IYA2009)
Eng
Az
Rus
BAI - 2009 * Yeniliklər * Virtual teleskop * Qobustan qayıqları * Qız qalası *  Müğənna  *  Astroveb * Biruni -- İbn Sina 
 Ömər Xəyyam  *  M.N.Tusi  * Uluqbəy *Şərq təqvimi * Astroloqema? * A.Oleari Şamaxıda (XVII əsr) * Rəsədxana* Kölgə saatı


B A İ 2009

20 dekabr 2007-ci tarixdə BMT-nin 62-ci Baş məclisi 2009-cu ili Beynəlxalq astronomiya ili elan etmişdir. Bu təklif İtaliya, Qalileo Qalileyin vətəni tərəfindən irəli sürülmüşdü. Beynəlxalq astronomiya ili (BAİ 2009) Beynəlxalq astronomiya şurasının və YUNESCO-nun təşəbbüsüdür. 2009-cu il teleskopun icad olunmasının 400 illik yubileyidir. Məhz 1609 cu ildən, Qaliley tərəfindən ilk teleskop düzəldib ardıcıl olaraq səma cisimlərinin öyrənilməsində istifadədən başlayaraq astronomiyada böyük kəşflərin əsası qoyulmuşdur.
BMT-nin bu qərarı həm də astronomiyanın qədim zamanlardan bütün dünya xalqları arasında əlaqə yaradan və insanların dünyada, eləcə də kainatda öz yüksək yerlərini, missiyalarını başa düşməyə xidmət edən elm sahəsi olması ilə bağlıdır. BAİ 2009-da fəal iştirak etməyə bütün dünya ölkələrində, eləcə də Azərbaycanda hazırlıq gedir. 2009-cu ildə Şamaxı Astrofizika Rəsədxanası davamlı surətdə astronomiya ekskursiyaları və teleskoplarda "açıq qapı" gecələri keçirəcəkdir.
"Astro.aznet" virtual jurnalı da BAİ 2009-lə bağlı fəaliyyət proqramı hazırlayır və həyata keçirir. Müğənna Mərvəzinin civə teleskopu və Azərbaycan arxeoastronomi abidəlri mövzusunda aparılan axtarışlar bu qəbildəndir.


"AY USTASI" MÜĞƏNNANIN CİVƏ TELESKOPU
Rüstəmov A. A.

 

Təbii mineral kvarsdan hazırlanmış linzalara B.E. 2500 illərədək əvvəllərə aid edilən artefaktlar arasında da rast gəlinir. Gədim İskəndəriyyə mayakında sferik güzgüdən istifadə olunması və bu güzgünün uzaqdakı gəmiləri xeyli yaxında göstərə bilməsi haqqında tarixi məlumat da vardir. Sirakuzun məşhur müdafiəçisi Arximedin güzgüsünün də sferik metal güzgü olması ehtimal olunur və sair. Bu cür faktlar təbii olaraq belə bir sual doğurur: "Teleskopun əsas hissələri olan linzaların və güzgülərin, optika elminin bazisi olan həndəsə elminin qədim tarixə malik olmasına baxmayaraq, nə üçün teleskopun kəşf olunması bu qədər gecikmişdir?" Bu suall ətrafında uzun illər ərzində çeşidli müzakirələr aparılır.
Teleskopun belə "gecikməsinin" səbəbi onunla izah oluna bilər ki, qədim linzalar təcrübi yolla ən həyati vacib problemin həllinə, od əldə etməyə tuşlanmışdı. Belə problemləri həll edərkən qədim insanların kor-koranə təcrübələri zəruri həlləri şübhəli şəkildə tez əldə edə bilirdi.
Maraqlıdır, ümumiyyətlə, canlı təbiət də belə "uzaq görmə", asan xəttiləşdirmə qabiliyətinə malikdir. Lazım gələndə, təvazakorluq etmədən lap kvant mexanikasına xas effektlərdən gen-bol yararlanır.
Misal kimi balıq ovunda ixtisaslaşmış qartal gözünün kənardan su qatlarında üzən balığı görməyə mane olan, suyun səthindən əks edən polyarizələnmiş günəş şüalarını xüsusi polyaroid göz pərdəsilə necə qapadığını göstərmək olar. ( Yeri gəlmişkən, ümumiyyətlə, canlıların görmə aparatı bəlkə də linzalar düzəldə bilən qədim optikləri daim yeni təcrübələrə təhrik edirdi.)
Bəli, insdanlar od əldə etmək üçün heç də hər yerdə Prometeyin xidmətindən istifadə etmədilər, əlavə, müxtəlif üsullar tapdılar. Onlardan biri də linzalar idi...Qədim insanlar şəffaf minerallardan düzəldilən yastı-yumru bəzəklərin, linzaların qeyri-adi bir xüsusiyyətini üzə çıxartdılar: onlar günəş işığını bir nöqtəyə toplayaraq yandırıcı istilik yaradırlar. Sonrakı eksperimentlər tezliklə nisbətən çox qabarıqlığa malik linzaların (müasir terminlərlə desək, qısa fokuslu linzalar) güclü yandırmaqla yanaşı güclü böyütmə (lupa) xüsusiyyətini aşkar etdilər.
Nəzəri elmlər, o cümlədən optika olmadığı üçün uzaq obyektləri, səma cisimlərini yaxınlaşdıra bilən linzalar (boyük fokus məsafəsinə malik linza və linzalar sistemi) hazırlamaq heç kimin ağlına gəlmirdi. Bir çox hallarda isə qədim linzaların və güzgülərin səthlərinin pis dəqiqliyi (sferikə və yaxud fırlanma parabolidinə uyğunluğu) səbəbindən baxış boruları aydın xəyal vermirdi. Bu cür kor-təbii, nəzəri modelsiz teleskop düzəltmək cəhdləri Qalileydən əvvəlki bir-iki minillik qədər uzun zaman ərzində yəqin ki, dəfələrlə müxtəlif ölkələrdə baş vermişdi. Ola bilsin, belə təcrübələrdə zaman-zaman ulduzlu göyə, planetlərə, Aya linzalarla və yaxud sferik güzgüylə baxmaq cəhdləri uğurlu olmuşdur.

Davamı müvəqqəti olaraq burada: http://astro.aznet.org/az1.htm

 

 

                     Rambler's Top100            © 2003-2008 Bütün Haqları Qorunur - Astro.aznet.org
Səhifədəki materiallardan mənbə göstərilməklə istifadə edilə bilər.